ABŞ BMT İnsan Hüquqları Şurasından çıxdı - “Yalançı və tamahkar təşkilat...”

20.06.2018 14:53     Dünyadan reaksiya     899

ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxdığını elan edib. Bu qərarı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli və dövlət katibi Mayk Pompeo bəyan ediblər.
 
“ABŞ rəsmi olaraq BMT İnsan Hüquqları Şurasından çıxır. Bununla yanaşı, bildirmək istəyirəm ki, bu addım insan haqları sahəsində məsuliyyətdən qaçmaq demək deyil” deyə Xeyli vurğulayıb. 
 
Onun sözlərinə görə, amerika hökumətinin Şurada islahatlarla bağlı çağırışına bir il ərzində qulaq asılmadı və Şuradan çıxmaq qərarı ABŞ-ın hər hansı irəliləyiş müşahidə etməməsindən sonra qəbul edildi:
 
“Bu addımı ona görə atdıq ki, bizim insan haqlarına əməl edilməsinə olan sadiqliyimiz insan haqlarını ələ salan yalançı və tamahkar təşkilatda qalmağımıza imkan vermədi.
 
Şura Venesuela və İranda kütləvi pozuntularla mübarizə apara bilmir və yeni üzv kimi Konqo Demokratik Respublikasını salamlayırsa, o zaman təşkilat öz adına layiq olmaqdan çıxır”. 
 
Xeyli, həmçinin Şuranı İsrailə qarşı tükənməz düşmənçilikdə ittiham edib. (Qafqazinfo)
 

Şərhlər