Simmoe dağında növbəti vulkan püskürməsi olub

22.06.2018 12:09     Dünyadan reaksiya     1059

Yaponiya Meteoroloji Agentliyinin yaydığı məlumata görə, Simmoe dağında baş verən növbəti vulkan püskürməsi nəticəsində tüstü 2600 metr yüksəkliyə qalxıb. Reaksiya.az azərtaca istinadən  xəbər verir ki, vulkan püskürməsi iyunun 22-də yerli vaxtla səhər saat 9 radələrində Kaqoşima və Miyazaki prefekturalarının sərhədində baş verib.

Rəsmi nümayəndələr vulkan külü və uçan daş parçalarından qorunmaq üçün yerli əhaliyə dağa 3 kilometr məsafədə yaxınlaşmamağı tövsiyə ediblər.

Təhlükə səviyyəsi beş ballıq cədvəlin 3-cü bəndinədək qaldırılıb. Simmoe dağında vulkan fəallığı son bir neçə ayda müşahidə edilir.

Reaksiya.az

Şərhlər