Almaniyalı nazirdən Türkiyəyə xəbərdarlıq
09.08.2015 04:24 Dünyadan reaksiya 1698
Almaniya Xarici İşlər naziri Frank Volter Steynmer Türkiyəyə xəbərdarlıq edib. PKK ilə qarşıdurmaların artmasından narahatlığını ifadə edən Steynmer barış müddətində yaranan hər hansı manenin bölgə üçün ölümcül nəticələr yarada biləcəyini deyib. “ Sadəcə danışıqlar yolu ilə 90-cı illərdə yaşanan qarşıdurma mühitinə mane olmaq olar.” deyən nazir bu qarşıdurmaların qorxunc nəticələrə səbəb olacağını düşünür. Barış müddəti ilə bağlı görüşlərin davam etdirilməsi məsələsində rəsmi Ankaranın müsbət cavab verdiyini qeyd edən Steynmer “ Türkiyəli siyasilər barış müddətini davam etdirmək məsələsində bizə və digər avropalı ortaqlarına inam bəxş etdilər” deyib.
Sonda nazir danışıqların davam etdirilməsi üçün PKK-ya olan hücumların dayandırılmasının vacibliyini qeyd edib.
Şərhlər