İrəvanda etiraz aksiyaları yenidən başladı - İSTEFA TƏLƏBİ

25.06.2018 12:20     Dünyadan reaksiya     821

İrəvanda 100-ə qədər insan paytaxt meriyasının binasına girişlərdən birini bloklayıb və ora şəhər administrasiyasının əməkdaşlarını buraxmaqdan imtina edirlər.

Etirazçılar şəhər meri Tarona Markaryanın istefasını tələb edirlər.

Nümayişçilər qeyd edirlər ki, dünən yayılmış videomaterial onların aksiyasının səbəbidir. Videomaterialda Taron Markaryanın dövlət vəzifəlisi olaraq əhəmiyyətli əmlak topladığı göstərilirdi.

“Bura heç kim girməməlidir. Bu, korrupsiyaya və sadə vətəndaşların hesabına sərvət toplayan məmurlara qarşı vətəndaş itaətsizliyinin aksiyasıdır”, - nümayişçilərdən biri jurnalistlərə deyib.

Qeyd edək ki, Taron Markaryan 2017-ci ildə üçüncü dəfə bu vəzifəyə seçilib. O, keçmiş hakim Respublika Partiyasının icraiyyə komitəsinin üzvüdür və partiyanın banilərindən biri olan Ermənistanın sabiq baş naziri (2000-2007) Andranik Marqaryanın oğludur.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan meri yalnız onun tələbi ilə istefa verəcək.(publika)

Reaksiya.az

Şərhlər