Türkiyədə istintaq əməliyyatları - General və 30 pilot həbs edildi

27.06.2018 12:15     Dünyadan reaksiya     1020

Türkiyədə hökumət çevrilişinə cəhd edən FETÖ terror təşkilatına qarşı 20 bölgədə keçirilən istintaq əməliyyatları nəticəsində Hərbi Hava Qüvvələrinin 99 üzvü saxlanılıb.

Bu barədə Ankara Respublika Prokurorluğu məlumat yayıb.

Saxlanılanlar arasında ehtiyatda olan general Gökhan Şahin və 30 sabiq pilot da olub.

Ehtiyatda olan generalın təşkilat üzvləri, FETÖ-nün isə imamlar və təşkilat mənsubları arasında əlaqə vasitəsi olaraq istifadə etdiyi müxtəlif çeşidli telefonlar ələ keçirilib.

Balıqəsir şəhərində keçirilən əməliyyatlar Sahil Təhlükəsizliyi, Dəniz Qüvvələri və Quru Qüvvələri komandirliklərini əhatə edib. Əməliyyatlar nəticəsində 22 rütbəli əsgər həbs edilib.

Kocaelidə isə FETÖ/PDY silahlı terror təşkilatının qurulmasına qarşı gerçəkləşdirilən əməliyyatlar nəticəsində 43-ü vəzifədə olmaqla, 71 nəfərlik hərbi heyət saxlanılıb.

İstintaq əməliyyatları davam edir.

Reaksiya.az

Şərhlər