Şimali Koreya nüvə reaktorunun inkişafını sürətləndirib

27.06.2018 13:26     Dünyadan reaksiya     916

Şimali Koreya hökuməti nəinki nüvəsizləşdirmə proqramına başlamayıb, hətta ölkənin nəhəng nüvə obyekti olan Yobenedə nüvə reaktorunun inkişafını sürətləndirib.

Reaksiya.az  “The Guardian” nəşrinə istinadla xəbər verir ki, bu, iyunun 21-də sputnikdən çəkilmiş görüntülərdən məlum olur. 

Bununla yanaşı, “38 North” analitik qrupunun məlumatlarına görə, plutonium istehsalı üçün reaktorda soyutma sistemi modifikasiya edilib, eləcə də, yeni binanın tikintisi davam etdirilir. 

İyunun 21-də ABŞ müdafiə naziri Ceyms Mettis jurnalistlərə bildirib ki, onlarda olan məlumata görə, Pxenyan nüvəsizləşdirmə proqramının reallaşdırılması üçün hələlik heç bir addım atmayıb. 

Xatırladaq ki, Donald Tramp Kim Çen Inla görüşündən sonra Pxenyanın ölkədəki nüvə poliqonunu məhv etməyə başlayacağını qeyd etmişdi. 

Reaksiya.az

Şərhlər