Aİ Türkiyəyə suriyalı qaçqınlar üçün 3 milyard avro maliyyə yardımının verilməsi qərarını təsdiqləyib

29.06.2018 12:39     Dünyadan reaksiya     926

Avropa İttifaqı (Aİ) Türkiyəyə suriyalı qaçqınlar üçün 3 milyard avroluq maliyyə dəstəyinin verilməsi haqqında qərar qəbul edib.

Bu qərar iyunun 28-də Aİ-nin Brüsseldə keçirilən baş tutan sammitində qəbul olunub.

Bildirilib ki, məlumat iyunun 29-da səhər saatlarında beynəlxalq agentliklər tərəfindən yayılıb.

Qeyd edək ki, Avropa İttifaqı iki ilə yaxəındır bu maliyyə vəsaitinin Türkiyəyə verilməsi ilə bağlı tərəddüd edir. Türkiyəyə Suriya və İraqdan olan 3,5 milyon qaçqın sığınıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadan olan qaçqınlara 30 milyard dollardan çox maliyyə vəsaiti xərclədiklərinin bildirib.

Reaksiya.az

Şərhlər