Obama AIPAC-ə meydan oxuyur
09.08.2015 12:41 Dünyadan reaksiya 1598
İlk dəfə bir ABŞ Prezidenti AIPAC-ə meydan oxuyur!
Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranla əldə olunan nüvə müqaviləsinə görə ABŞ Prezidenti Barak Obama ilə ölkənin Yaxın Şərqdəki ən böyük müttəfiqi İsrail arasında böhran dərinləşir.
Prezident Obama, ölkənin ən böyük İsrail tərəfdarı lobbi təşkilatı olan American Israel Public Affairs Committeenin (AIPAC) iki rəhbərini bu həftə Ağ Evə çağıraraq İran nüvə razılaşmasına münasibətləri məsələsində olduqca sərt mesajlar verdi. Prezident AIPAC-ini "müqaviləyə qarşı milyonlarla dollar xərcləməkdə və həqiqətdən uzaq iddialar yaymaqda" günahlandırıb.
New York Times qəzetinin xüsusi mənbələrindən aldığı məlumata görə Obama AIPAC liderlərinin bu mövqeyinə sərt şəkildə qarşılıq verəcəyini söyləyib.
45 MİLYON DOLLAR BÜDCƏ
AIPAC-nin İran nüvə razılaşmasına qarşı səylərinə 20 milyon dollar xərclədiyi, müqavilə əleyhinə elan və reklamlara da 25 milyon dollar büdcə ayrıldığı bildirilir. Yüzlərlə AIPAC aktivisti İran nüvə sazişinin səsverməyə təqdim olunacağı Konqresdə lobbi qurarkən, 700 AIPAC üzvü də ölkənin dörd bir yanındakı Konqres üzvlərini inandırmaq üçün fəaliyyət göstərir. Respublikaçıların müqaviləyə qarşı çıxması gözlənilir.
OBAMANIN PARTİYASINI DA İNANDIRMAĞA ÇALIŞIRLAR
AIPAC, həmçinin Obamanın partiyası olan Demokratları da inandırmağa çalışır. Konqresdəki ən mühüm Demokrat liderlərdən Chuck Schumerin razılaşmaya qarşı olduğunu açıqlaması Obamaya böyük zərbə olub.
HİTLER BƏNZƏTMƏSİ
Washintonda Obamanı Adolf Hitler ilə 1938-ci ildə Münhen Sazişini imzalayan İngilis Baş Nazir Neville Chamberla-na bənzədən afişaların gəzməsi isə prezidentin hiddətinə səbəb olub. AIPAC isə afişaların arxasında özünün olduğunu rədd edir.
New York Times, daha əvvəl Ronald Reyqan və Corc H.W. Buşun AIPAC ilə kiçik problemlər yaşadığını xatırladaraq, bu günə qədər heç bir başqanın ölkənin silah lobbisindən sonra ən təsirli lobbi təşkilatı olan AIPAC-ə belə meydan oxumadığını vurğulayıb. New York Timesa görə Demokrat Partiyalı dairələr, Obamanın sərt sözləri ilə "bir qədər irəli getdiyini" düşünür və xüsusilə də 2016 seçkilərinin yaxınlaşdığı bu dövrdə münasibətlərdə möhkəm bir hasar yaranmasından narahat olur.
AIPAC silah lobbisindən sonra ölkədəki ən güclü lobbi təşkilatı kimi görünür. Keçmiş prezident Corc H.W. Buş İsrailə veriləcək mənzil krediti zəmanətləri barəsində ixtilafda olduğu AIPAC üçün "Mən sadəcə Kapitoli Hil kimi minlərlə lobbistə qarşı gələn kiçik, yalnız bir adamım" demişdi.
Şərhlər