Ermənistan XİN sözçüsü: “Ərdoğanı təbrik etməyəcəyik”
02.07.2018 13:11 Dünyadan reaksiya 984
“Ermənistan Türkiyənin yenidən prezidenti seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik etməyəcək”.
Reaksiya.az “Sputnik”ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan iyulun 2-də Yerevanda ənənəvi brifinqdə bildirib.
Onun sözlərinə görə, 2014-cü ilədək tərəflər bayramlar və seçkilərlə bağlı bir-birini, formal olaraq, təbrik edirdi: “Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə prezident olandan sonra formal təbriklər də dayandırılıb”.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Rəcəb Tayyib Ərdoğan, eləcə də sədri olduğu Ədalət və İnkişaf Partiyası bu siyasi kampaniyanın qalibi olub.
Şərhlər