Səudiyyə Ərəbistanı Şahzadəsindən "hazırlıq və hücum" çağırışı

09.08.2015 16:43     Dünyadan reaksiya     2411

Səudiyyə Ərəbistanı Şahzadəsindən "hazırlıq və hücum" çağırışı

Reaksiya.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi və Daxili İşlər Naziri Məhəmməd bin Nayif ibn Abdulaziz, xüsusi qüvvələrin getdiyi bir məscidə təşkil edilən intihar hücumunun ardından "hazırlıq və hücum" çağırışı edib.

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi və Daxili İşlər Naziri Məhəmməd ibn Nayif ibn Abdulaziz, ölkənin cənubundakı Əsr vilayətində cümə günü xüsusi qüvvə mənsublarının namaz qıldığı məscidə təşkil edilən və 15 adamın həyatını itirdiyi intihar hücumundan sonra "hazırlıq və hücum" çağırışı edib.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA "Bin Abdulaziz, hazırlığı artırma və ehtimal edilən inkişaflara qarşı hücum səviyyəsini qaldırmaq çağırışı edib" ifadələrini işlədib.

Terror təşkilatı DAEŞ-in Səudiyyə Ərəbistanı qolunun üzərinə götürdüyü təcavüzün günahkarı 21 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Yusif Süleyman olaraq açıqlanmışdı.

May və iyun aylarında Səudiyyə Ərəbistanı və Küveytdə şiələrə aid məscidlərə edilən və DAEŞİN üzərinə götürdüyü üç hücumda 50-dən artıq adam həyatını itirmişdi.

Səudiyyə Ərəbistanı, çoxusunun yerli vətəndaş olmaq üzrə Yəmən, Misir, İordaniya və başqa təbəqələrdən DAEŞ-ə mənsub olan 431 nəfəri nəzarətə almışdı.

Keçən il noyabr ayında DAEŞ-in lideri Əbubəkr Əl-Bağdadiyə aid olduğu bildirilən səs yazında, təşkilatın Səudiyyə Ərəbistandakı havadarlarını döyüşmək üçün İraq və ya Suriyaya gəlməkdənsə, ölkələrindəki şiələri, qərbliləri və hökuməti hədəf almağa çağırmışdı.

Şərhlər

Çox oxunanlar