Rusiya pensiya yaşını qaldırdı - Qərar

19.07.2018 18:15     Dünyadan reaksiya     1003

Rusiya Dövlət Duması birinci oxunuşda pensiya yaşının artırılması haqqında qanun layihəsini qəbul edib.

APA-nın verdiyi məlumata görə, qanun layihəsinin lehinə 328, əleyhinə isə 104 deputat səs verib, bitərəf qalan olmayıb.

Dumanın bu gün keçirilən iclasında Kommunist və "Ədalətli Rusiya" partiyalarından qanun layihəsini qəbul etməmək və ya qanun layihəsinə baxılmasını təxirə salmaq təklif olunub. Lakin bu təklif rədd olunub. Məlum qanun layihəsinin ümumxalq səsverməsinə çıxarılması təklifi də rədd edilib.

Bununla yanaşı deputatlar qanun layihəsinə düzəlişin qüvvəyə minməsini 18 avqustdan 24 sentyabra qədər uzatmağı qərara alıblar.

Qanun layihəsinə görə, Rusiyada qadınlar üçün pensiya yaşı 55-dən 63-ə, kişilər üçün isə 60-dan 65-ə qaldırılır.

Reaksiya.az

Şərhlər