Troyandan Rusiyaya qarşı əmr: - Hazırlaşın, Donbasa qayıdırıq!
19.07.2018 20:30 Dünyadan reaksiya 1139
Ukraynanın Daxili İşlər nazirinin müavini Vadim Troyan Donbasa qayıdışla bağlı hərbçilərə hazırlıq görməyi əmr edib.
Reaksiya.az xəbər verir ki, bu barədə TCN məlumat yayıb.
“Biz Donbasın Ukraynanın iqtisadi, hüquqi və humanitar məkanına tam reinteqrasiyasını təklif edirik. Sərhədlərin bərpasında hərbçilərin üzərinə böyük məsuliyyət və yük düşür”, - nazir müavini bildirib.
Onun sözlərinə görə, sərhəd xidməti özünü respublika elan edən əraziləri nəzarət altına almağa məcburdurlar:
“Kiçik addımlar mexanizmi” dəfələrlə nazir Arsen Avakov tərəfindən dilə gətirilib”.
Şərhlər