Təhlükəli Rusiya ÇAĞIRIŞI: “Təcili etmək lazımdır”

20.07.2018 12:00     Dünyadan reaksiya     1024

Donald Tramp administrasiyasında Rusiya ilə bağlı vahid yanaşma yoxdur.

 ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfolun fikrincə, bu münaqişə Vaşinqtona Moskvaya əks-təsir üçün ümumi strategiyanı formalaşdırmağa imkan vermir. Sabiq səfir qeyd edir ki, Vaşinqtona təcili belə bir strategiya lazımdır.

“Donald Tramp-Vladimir Putin danışıqlarında ABŞ-ın zəifliyi parlaq göründü. Məhz bu, Tramp administrasiyasının vəzifəyə gəldiyi il yarım ərzində Rusiya istiqaməti üzrə baş strategiyanın olmadığını göstərir”, - o yazıb.

Makfol bildirir ki, Tramp ABŞ-dakı seçkilərə müdaxilə ilə bağlı Rusiya lideriylə razılaşaraq, ona komplimentlər edərək və Krımın zəbt edilməsini ittiham etməkdən imtina edərək Putinlə dostlaşmaq istədiyini göstərir. Diplomat əmindir ki, Tramp iki vacib aspektdə ötən illərin yanaşmasından yayınır.

Birincisi, “soyuq müharibə” dövründə prezident postunda Trampın sələfləri sovet həmkarlarına komplimentlər etməyi özlərinə rəva görmürdülər. İkincisi, Kremldəki əsas şəxslərlə görüşlər daha əvvəllər də keçirilirdi, amma xarici siyasətin bu və ya digər nailiyyətlərinə görə ABŞ daha irəlidə idi.

Makfol qeyd edir ki, Helsinkidə görüşün hədəfləri aydın deyildi və onun nəticələri üzrə heç bir konkret razılaşma bağlanmamışdı.

Reaksiya.az

Şərhlər