ABŞ hərbi təyyarələri Türkiyədə

10.08.2015 00:58     Dünyadan reaksiya     1776

Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Türkiyənin İŞİD ilə mübarizəsi çərçivəsində İncirlik Bazasından istifadə edəcək olan ABŞ-ın 6 ədəd F-16 təyyarəsi Adanaya gəlib.

Keçən həftə Ankara mətbuatına məlumat verən yüksək çinli Amerika məmuru bu təyyarələrlə birlikdə Türkiyə təyyarələrinin də əməliyyatda iştirak edəcəyini bildirib.

ABŞ Müdafiə Nazirliyi bu gün açıqlama verərək döyüş təyyarələrinin və 300 nəfərlik heyətin Türkiyəyə gəlməsini təsdiqləyib. Verilən açıqlamada “ ABŞ və Türkiyə 60-dan çox ölkənin qatıldığı koalisiyanın üzvləri olaraq bölgədə sülh və sabitliyin təminatı üçün İŞİD ilə mübarizəyə hazırdırlar” deyilir.

 

 

Şərhlər