Maykl Brovn ölümünün ildönümündə anılır

10.08.2015 01:28     Dünyadan reaksiya     1488

ABŞ-ın Missuri əyalətinə bağlı Ferquson qəsəbəsində polis şiddəti nəticəsində həyatını itirən Maykl Brovn, ölümünün birinci ildönümündə anılır. Brovn, ötən il 9 avqustda polis Darren Vilson tərəfindən vurularaq öldürülmüşdü. Hadisə əsnasında silahsız olduğu açıq-aydın görünən Brovnun öldürülməsinə etiraz etmək üçün başlayan nümayişlər ABŞ-ın dörd bir yanına yayılmışdı. Brovnun cansız bədəninin 4 saat 30 dəqiqə ərzində hadisə yerində saxlanılması səbəbiylə bugünkü anma mərasimində 4 dəqiqə 30 saniyə ərzində səssiz etiraz reallaşdırıldı.

Şərhlər