Almaniyanın silah satışı artıb

10.08.2015 02:48     Dünyadan reaksiya     1596

Almaniyanın 2015-ci ilin birinci yarısındakı silah ixracatı 2014-cü il ərzində edilən toplan ixracata yaxınlaşıb.Der Speqel qəzeti yazır ki, bu ilin ilk 6 ayı ərzində ümumilikdə 6,35 milyard avroluq silah ixrac olunub. 2014-cü ildəki toplam satış isə 6,5 milyard avro olub. Almaniyalı deputat Jan Van Aken məsələyə münasibət bildirərkən “ Bu rəqəmlər dəhşətli və xüsusən İqtisadiyyat naziri Siqmar Qabriel üçün utandırıcıdır “ deyərək nazirin vəzifəyə gəlməmişdən əvvəl silah ixracatını kəskin azaldacağı ilə bağlı verdiyi sözü xatırladıb.

 Xüsusən ərəb ölkələrinə və Şimali Afrikaya edilən silah ixracatında artım müşahidə olunduğu qeyd olunan xəbərdə göstərilir ki,  2014-cü ildə bu bölgələrə satılan silahın həcmi 219 milyon avro ikən, bu ilin birinci yarısında bu rəqəm 587 milyon avroya qədər yüksəlib.

Almaniyanin Küveytə 12 tank, İngiltərəyə 4 tanker təyyarəsi və İsrailə bir “ Delfin” tipli sualtı gəmi satıldığı da xəbərdə qeyd olunub.

Diqqətinizə çatdıraq ki, Almaniya dünyada silah satışında ilk dördlükdə yer alır.

 

Şərhlər

Çox oxunanlar