4 yaşlı uşaq 2 yaşlı körpə qardaşını güllələyib
21.07.2018 13:25 Dünyadan reaksiya 948
ABŞ-da 4 yaşlı uşaq 2 yaşlı körpəni güllələyib.
"Report" xəbər verir ki, bu barədə "ABC 13 News" telekanalı şerifə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Kaliforniya ştatında, Masko şəhərində baş verib. Belə ki, 4 yaşlı uşaq 2 yaşlı qardaşına tapançadan atəş açıb.
Onun evdəki odlu silahı hansı şəraitdə əldə etməsi məlum deyil. Hadisə ilə bağlı əlavə məlumat verilmir.
Faktla bağlı təhqiqat aparılır.
Şərhlər