HDP Ərdoğanı yanıldacaq? - ESKPERT RƏYİ
05.06.2015 11:21 Dünyadan reaksiya 863
AKP və HDP arasındakı siyasi mübarizə, prezident Rəcəb Tayyib Ərdoğanın tənqid oxlarını HDP – yə yönəltməsinə gətirib çıxarıb. Ancaq əksər anketlər, HDP - nin 10% - dən səs yığa bilməyəcəyini və iqtidardakı partiyanın əvvəlki mvəffəqiyyətini təkrarlayamayacağını göstərir.
President Rəcəb Tayyib Ərdoğan qurduğu AKP – nin qəti qələbəsinə ehtiyac duyur. Səlahəddin Demirtaşın partiyasının gedərək artan populyarlığı isə bu müvəffəqiyyətin qarşısında bir maneədir. HDP, daha əvvəl AKP - nin seçki zəfərlərini əhəmiyyətli rol oynayan ancaq indi etnik siyasətçilərini dəstəkləməyə meylli kürd seçicilərin səslərini özünə tərəf çəkməyə davam edir. Ərdoğan buna görə də kürd siyasətçilərə qarşı sərt tənqidlər yönəldir. Səbəbi, Ərdoğanın bu seçkilərdən əzici üstünlüklə çıxmağı planlamasıdır. Məqsədi yalnız tək partiyalı hökumət yox, konstitusiyanı dəyişdirmək və 'siyasi ofsaytdan' çıxmaq üçün konstitusiyada mütləqiyyəti təmin etməkdir. Bu nəticə isə ancaq Səlahəddin Demirtaşın başçılıq etdiyi partiyanın bu seçkilərdə müvəffəqiyyətsiz olmasından sonra əldə edilə bilər.
“ƏRDOĞAN, HDP'NİN on faizi keçməməsi üçün əlindən gələni edəcək"
Moshe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzindən professor Ofra Bengio məsələ ilə belə açıqlama verib:
"HDP'nin məclisə girməsini maneə törətmək üçün Ərdoğanın mümkün olan hər şey etdiyini düşünürəm. Çünki HDP - nin barajı keçə bilməməsi ilə, AKP bir daşla iki quşu vuracaq. HDp - nin məclisə girməməsi ilə bütün səslər AKP-yə gedəcək. Ərdoğan, belə də istədiyi hər şeyi əldə etmiş olacaq və prezidentliyin statusunu dəyişdirəcək. Buna görə də onları məclisə qoymamaq üçün əlindən gələn hər şeyi edəcək. Bəziləri, HDP - ye qarşı həyata keçirilən təhrikedici hücumları nəzərə alaraq, seçkilərə hiylə qarıştırılacağını deyirlər. Amma inandırıcı deyil.
Şərhlər