Sabah AKP və CHP liderləri koalisiya hökumətini müzakirə edəcək

10.08.2015 03:51     Dünyadan reaksiya     1575

Reaksiya.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən Türkiyə baş naziri Əhməd Davudoğlu bildirib ki, görüşdə sadəcə koalisiya hökuməti deyil, həmçinin PKK və son günlərdə artan toqquşmaların da müzakirə olunacaq.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu arasındakı görüş Türkiyə saatı ilə saat 18:00-da Nazirlər Kabinetinin rəsmi sarayında baş tutacaq.

 

 

Şərhlər

Çox oxunanlar