ABŞ Ər-Riyadın Yəmən kampaniyasına dəstəyini məhdudlaşdıracaq
24.07.2018 13:10 Dünyadan reaksiya 939
ABŞ Senatı və Nümayəndələr Palatası 2019-cu maliyyə ili üzrə müdafiə büdcəsini son versiyası üzrə kompromis əldə ediblər.
Bu barədə Konqresin Silahlı Xidmətlər komitəsinin sədri Mak Tornberri bildirib.
Büdcənin Senat təsdiqlədiyi versiyasında ABŞ ordusunun koalisiya təyyarələrinə yanacaq çatdırmasından öncə Səudiyyə rəhbərliyindəki koalisiyanın konkret kriteriyalara cavab verməsi tələb olunurdu.
“Yəmən bizim üzvlərimiz üçün qayğıverici və böyük maraq zonası olaraq qalır və biz konfransın zamanı məsələ ilə bağlı gərgin müzakirələr keçirdik”, - deyə Tornberri bildirib.
O bildirib ki, büdcə layihəsinin sonuncu versiyasında koalisiyaya yardım edilməzdən əvvəl ABŞ XİN koalisiyanın Yəməndəki vətəndaş müharibəsini sona çatdırmaq istiqamətində səylər göstərdiyindən əmin olmalıdır. Bu mümkün olmadığı təqdirdə ABŞ ordusunun koalisiya qüvvələrinə dəstəyi qadağan edilə bilər.

Şərhlər