Türkiyə prezidenti: “Suriyanın Menbiç bölgəsində yeni bir mərhələyə başlayırıq”

24.07.2018 14:07     Dünyadan reaksiya     856

“Fərat qaxlanı” və “Zeytun budağı” əməliyyatı nəticəsində 4 min kv km-ə yaxın ərazini suriyalı qardaşlarımız üçün təhlükəsiz bölgəyə çevirmişik”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ankara terrorçuluğa qarşı mübarizəsini davam etdirəcək: “Bizim üçün kimin dediyi deyil, ölkəmizin nəyə ehtiyacı olması əhəmiyyətlidir. Təhlükəsizlik qüvvələrimizin bir müddətdir sərhədlərimiz daxilində və ya onun xaricində həyata keçirdiyi əməliyyatlar bunun təsdiqidir. İndi Münbiçdə yeni bir mərhələyə başlayırıq. Sərhədlərimizdə bir terrorçu qalmayana və suriyalı qardaşlarımız evlərinə dönənədək bu əməliyyatlarımızı davam etdirəcəyik. Bu məsələdə kimsə bizə mane ola bilməz. Həqiqi dostlarımız yanımızda olanlardır. Türkiyəyə bu istiqamətdə yönələn hədələrə baxmayaraq, terrorçuların yanında olanları da unutmayacağıq”. 

Reaksiya.az

Şərhlər