Cənubi Koreya hərbi qüvvələrinin sayını azaldacaq

30.07.2018 12:06     Dünyadan reaksiya     943

Cənubi Koreya Müdafiə Nazirliyi açıqladığı yeni islahatlar paketinə əsasən ordunun sayını azaltmağı planlaşdırır. 

 

Yeni hərbi islahatlara əsasən Cənubi Koreya KXDR-lə potensial müharibə təhlükəsi zamanı 2 həftə ərzində Pxenyanı ələ keçirməyi planlaşdırır. 

Bildirilib ki, hərbi rəhbərlik hərbi xidmət müddətinin 21 aydan 18 aya endirilməsini planlaşdırır ki, bu da ordudakı hərbçilərin sayının 18 faiz aşağı endirilməsinə imkan yaradacaq.

Həmçinin islahat planlarına əsasən ordudakı diviziyaların sayı 39-dan 33-ə, hərbçilərin sayı isə 618 mindən 500 minə endiriləcək. 

Həmçinin islahatlardan sonra Cənubi Koreya Quru Qoşunlarının sayı 200 mindən 118 minə qədər endiriləcək.

Qeyd edək ki, bütün bu planlar 2021-ci ilə kimi tətbiq ediləcək.
 

Şərhlər