İran ABŞ-la danışıqlardan imtina etdi
30.07.2018 15:30 Dünyadan reaksiya 881
İran Xarici İşlər Nazirliyi Vaşinqtonun Tehrana qarşı düşmən siyasət apardığını bəyan edərək, yaxın gələcəkdə ABŞ-la danışıqların aparılmasını istisna edib.
Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi məlumat verib.
“ABŞ-ın siyasəti hansısa qarşılıqlı fəaliyyət və danışıqlar üçün imkan vermir. Vaşinqton göstərdi ki, etibar olunmağı haqq etmir. Ola bilsin ki, ABŞ-ın bəzi nümayəndələri danışıqlara başlamaq istəklərini bildirirlər. Lakin hazırkı vəziyyəti və Vaşinqtonun davam edən düşmən siyasətini nəzərə alsaq, danışıqlar üçün ilkin şərait yoxdur”, - deyə Qasımi vurğulayıb.
Qeyd edək ki, 8 mayda ABŞ İranla nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.
Vaşinqton İranın neft ixracından əldə etdiyi gəlirləri sıfıra endirmək üçün bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını da tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib. Təzyiqlər nəticəsində Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb.
ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, İranla yeni və daha yaxşı nüvə müqaviləsi bağlamağa hazırdır. Lakin bunun üçün Tehran Vaşinqtonun tələblərini yerinə yetirməlidir. Bu tələblər isə ballistik raketlərin hazırlanmasını dayandırmaq, Iranda həbsdə saxlanılan amerikalıları azadlığa buraxmaq, Suriyadan qoşunları çıxarmaq, Yaxın Şərq və ondan kənarda silahlı birləşmələr və terrorçuları dəstəkləməyə son qoymaqdır. (Azvision.az)

Şərhlər