PAŞİNYAN İNDİ DƏ TÜRKİYƏYƏ QIRMAQ ATIR
31.07.2018 13:37 Dünyadan reaksiya 1050
Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibələrinin birində deyib ki, Ermənistan ilkin şərt irəli sürmədən Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə, sərhədi açmağa hazırdır. Reaksiya.az bildirir ki, bu barədə oz feysbuk səhifəsində yazan politoloq Elxan Şahinoğlunun fikrincə açıqlamada yeni heç nə yoxdur. Eyni sözləri keçmiş prezidentlər Serj Sərkisyan, Robert Köçəryan və Levon Ter-Petrosyan da deyirdilər. Buna baxmayaraq, Paşinyanın bu açıqlaması Türkiyə mediasında böyük ajiotaj yaradıb. İstanbulun Şişli bölgəsinin keçmiş bələdiyyə başçısı, vaxtilə Cumhuriyyət Xalq Partiyasının liderliyinə iddalı olan Mustafa Sarıgül Nikol Paşinyanın açıqlamasını Türkiyə üçün “tarixi fürsət” adlandırıb. “Ermənistanın uzatdığı əli fürsət kimi dəyərləndirməliyik, bizim əlimiz elə qardaş Azərbaycanın əlidir” deyən Sarıgül sonuncu cümləsi ilə sanki bizə də müsbət ismarıc göndərir.
Dağlıq Qarabağ problem həll olunmadan Azərbaycanın Ermənistana əl uzatmaq kimi fikri yoxdur. Bir də ki, Türkiyədə unutmasınlar ki, Nikol Paşinyan açıqlamasına belə bir cümlə də əlavə edib: “Beynəlxalq miqyasda erməni soyqırımının tanınması bizim üçün olduqca vacibdir”. Yəni Paşinyan demək istəyib ki, Türkiyə ilə sərhəd açılsa və diplomatik münasibətlər qurulsa belə Ankara bizdən “erməni soyqırımını tanınması siyasətindən əl çəkəcəyimizi gözləməsin”. Əlbəttə, Mustafa Sarıgül Türkiyə demək deyil. Ancaq Mustafa Sarıgül kimi düşünənlər az olmaya da bilər.
Şərhlər