Fransa XİN: ABŞ-ın boykotuna baxmayaraq, İranla saziş qüvvədə qalır

01.08.2018 12:25     Dünyadan reaksiya     863

"İranla nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəaliyyət planı ABŞ-ın boykotuna baxmayaraq qüvvədə qalır".

Bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

"Bu, çox vacib razılaşmadır. Çünki, bu, dünyada nüvə silahlarının yayılmasının və regionda gərginlik yaşanmasının qarşısını almağa imkan verir", - fransalı nazir "Franceinfo" radiosuna müsahibəsində bildirib.

Le Drian əlavə edib ki, Avropanın bu məsələdə ümumi mövqeyi var.

Reaksiya.az

Şərhlər