ABŞ konsulluğuna atəş açıldı - İstanbulda

10.08.2015 10:54     Dünyadan reaksiya     1880

İstanbulda ABŞ konsulluğuna silahla atəş açılıb. Hadisədə ölən ya da yaralanan olmayıb.

Binaya atəş açan 2 nəfər axtarılır.

Reaksiya.az xəbər verir ki, İstanbulun Sarıyer bölgəsində yerləşən ABŞ-ın Baş Konsulluğuna səhər erkən saatlarında silahlı hücum təşkil olunub. İki nəfər olduqları müəyyən edilən təcavüzkarlar ilə polis arasında qarşıdurma çıxıb.

Hücumda ölən ya da yaralanan olmayıb. Biri kişi, digəri qadın olduğu iddia edilən təcavüzkarların qaçdığı, bölgədə geniş miqyaslı əməliyyata başlanıldığı qeyd edilib.

Hücumdan sonra konsulluğa bomba məhv mütəxəssisləri və araşdırma qrupları sövq edilib. Çox sayda təcili tibbi yardım maşını da ərazidə saxlanılır.

 

Şərhlər

Çox oxunanlar