Çindən ABŞ-a GÖZDAĞI
06.08.2018 12:37 Dünyadan reaksiya 1035
Çinin Aerokosmik elmləri və texnologiyalar Korporasiyası “Sinkun-2” (“Ulduzlu səma”) hipersonik uçuş aparatının müvəffəqiyyətli sınağını keçirib.
Bu haqda Çinin Aerokosmik Aerodinamika Akademiyasının xəbərində deyilir.
Sınaq Çinin şimalİ-qərbində yerləşən poliqonlardan birində keçilirib. Aparat on dəqiqə ərzində havada qalıb və 30 kilometr hündürlükdə bir sıra manevrlər edərək müəyyən edilmiş rayonda yerə enib.
Bildirilir ki, akademiya üç ildir onun hazırlanması ilə məşğul olurdu.
Çinin hərbi ekspertlərinə istinadən “Global Times” qəzeti bildirib ki, aparat nüvə döyüş başlıqlarını çatdırmağa, mövcud yüksək sürəti və gözlənilməz trayektoriyası sayəsində istənilən raket əleyhinə müdafiənin sistemini keçməyə qadirdir.
Şərhlər