30 faizi yoxsul, 20 faizi işsiz olan Ermənistan: Üstəlik də 6,5 milyard borc - Hökumət təşvişdə

06.08.2018 12:44     Dünyadan reaksiya     990

Ermənistanın yeni hakimiyyəti olduqca pis vəziyyətdə qalıb. Səbəb isə əvvəlki hakimiyyət dövründə alınan 6,5 milyard dollar borcdur. Nikol Paşinyan hakimiyyətinin bu borcu qaytarmaq üçün heç bir resursu yoxdur.

Ermənistan hökuməti  6,5 milyard dollar borcun əlində qalıb",- deyə iqtisadçi Vaaqn Xaçatryan bildirib.

Cebhe.info xəbər verir ki, yerli mətbuata açıqlamasında iqtisadçı borc rəqəmlərini müqayisə edib: "2008-ci ildə borc 1,5 milyard dollar idi. Ötən 10 ildə kredit borcları əhəmiyyətli dərəcədə artıb. Xərclənib, ancaq heç br effektini görməmişik".

Ekspert bildirib ki, bu müddətdə erməni xalqının yaşayış səviyyəsində yaxşılığa doğru heç bir dəyişiklik olmayıb. 

“Yoxsulluq səviyyəsi 30 faiz, işsizlik 20 faiz olmaqla əvvəlki kimi qalıb. Son 10 ildə ölkədən 450 min nəfər gedib”. 
 

Reaksiya.az

Şərhlər