Ermənistan hakimiyyətində Köçəryan davası başladı - məhkəmənin qərarı etiraz doğurdu

14.08.2018 13:20     Dünyadan reaksiya     819

Ermənistanın Xüsusi İstintaq Xidməti Apellyasiya məhkəməsinin eks-prezident Robert Köçəryan barədə avqustun13-də çıxardığı qərarı “qanunsuz” sayıb.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, 28 iyulda həbs edilmiş keçmiş prezidentin azadlığa buraxılması ilə bağlı qərara etiraz edən İstintaq Xidməti bununla Apellyasiya məhkəməsinin öz səlahiyyətlərini aşdığını vurğulayıb. 

“İnanırıq ki, Baş prokurorluq kassasiya şikayəti verəcək”- açıqlamada deyilir.

Qeyd edək ki, R.Köçəryan 1 mart 2008-ci il hadisələrinə görə həbs edilsə də, bu gün heç bir ciddi dəlillər gətirilmədən azadlığa buraxılıb.

Reaksiya.az

Şərhlər