İraqın baş naziri təcili Ankaraya gəldi
14.08.2018 20:24 Dünyadan reaksiya 850
İraqın baş naziri Heydər əl-İbadi təcili olaraq Ankaraya səfər edib.
Avropa.info xəbər verir ki, Türkiyə ilə İraq arasında əlaqələri müzakirə etmək müzakirə etmək üçün Ankaraya gələn İbadini prezident Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.
Görüşdə İbadi Ərdoğanla təkbətək, nümayəndə heyətinin iştirakı ilə geniş tərkiblə görüşü olacaq.
Görüşlərdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi, Yaxın Şərqdəki durum və beynəlxalq vəziyyət müzakirə olunacaq.
Görüşün yekunu olaraq liderlər mətbuat qarşısında bəyanatla çıxış edəcəklər.
Şərhlər