Paşinyan hakimiyyətini və Ermənistanı itirmək üzrədir - ANALİZ-ŞƏRH
15.08.2018 13:32 Dünyadan reaksiya 1079
Aşot Qriqoryan: “90% ziyalılar artıq narahat olmağa başlayıblar ki, nə baş verir?”
Ermənistanın baş naziri Nikoil Paşinyan avqustun 17-də ümumxalq mitinqi keçirməyə hazırlaşır. Hətta bir müddət öncə bəlli olmuşdu ki, o keçirdiyi hökumət iclasında aksiyaya adam yığmaq tapşırığını da verib. Belə ki, Paşinyan “məxməri inqilab” yolu ilə hakimiyyətə gəlişindən sonra ölkədə heç bir sahə üzrə irəliləyiş əldə edə bilməyib və xalqın ona olan etimadı itmək üzrədir. Xüsusilə, son günlər ölkə daxilində cərəyan edən ictimai-siyasi proseslər heç də küçədən gəlmiş baş nazirin reytinqinə işləmir.
“Nikol Paşinyan suallara cavab verməli, bizləri inandırmalıydı ki...”
SİA xəbər verir ki, artıq erməni ziyalıları da narahatlıq və təlaş içində ölkənin məhvə doğru sürükləndiyini etiraf etməyə başlayıblar. Onlar Nikol Paşinyanın və komandasının eyforiyaya qapıldığını, eləcə də ümumxalq mitinqi keçirməklə “inqilabçıların” nə etmək istədiklərini öyrənməyə çalışdıqlarını deyirlər. Məsələn, Avropa erməniləri assosiasiyası forumunun sədri, “Avropa-Asiya maliyyə mərkəzi” holdinqinin rəhbəri Aşot Qriqoryan 1in.am saytının rusdilli bölməsinə açıqlamasında deyib ki, hələ baş nazirliyinin 100-cü günündə Nikol Paşinyan suallara cavab verməli, bizləri inandırmalıydı ki, o seçilməmiş baş nazirdir və buna baxmayaraq, öz işinin öhdəsindən gələcək: “Gəlin səmimi olaq, kim ötən müddət ərzində öz həyatında iqtisadi dəyişiklik hiss edib? Düşünürəm ki, yox, həqiqəti gizlətmək olmaz. Artıq 90% ziyalılar artıq narahat olmağa başlayıblar ki, nə baş verir, hanı bizim yeni hökumətdən olan gözləntilərimiz, hanı inqilabdan dərhal sonra başlanılmalı olan iqtisadi bum?”
“Mən də həmin insanlardan biriyəm və təəssüf ki, ümidləri doğrulmayan qrupa daxiləm”
Göründüyü kimi, artıq erməni ziyalıları, eləcə də xalqın digər zümrələri Paşinyan hökumətinin öz işinin öhdəsindən gələ bilmədiyini, əksinə, vəziyyətin daha da pisləşdiyini etiraf etdir, bütün bunların fərqinə varmağa başlayırlar. Aşot Qriqoryan deyir ki, bu plandan yaxınlaşdıqda hər yerdə şübhələrin yarandığını görə bilərik. “O cümlədən, mən də həmin insanlardan biriyəm və təəssüf ki, ümidləri doğrulmayan qrupa daxiləm, ”, Qriqoryan bildirib.
Forum sədrinə görə, onkarın ümidləri nəninki doğrulmayıb və aylar keçdikcə adamlar daha da pəjmürdə olacaqlar: “Nəticədə təxminən sözdə inqilaba qədərki dövrə bənzər situasiya yaranacaq. İnqilabı isə ona görə sözdə adlandırıram ki, göründüyü qədər bu sadəcə, hakimiyyət dəyişikliyi idi – dəhşətli Serj Sarkisyan rejimi gənc və enerjili, ümidli insanlarla əvəzləndi, hansı ki, onlarda ümidlərdən başqa heç nə yoxdur, yəni onların nə elmləri, nə təcrübələri, nə də peşəkarlıqları mövcud deyil. Ən pisi isə budur ki, belə gənclər parlaq həyat yaşayan kimi, dərhal aşağıdan zirvəyə yüksəlirlər və özlərini izafi şəkildə qiymətləndirirlər ki, onlar ən vacib insanlardırlar və hər kəs onlarla hesablaşmalıdır”.
“Belə vəziyyətdə davam edən hakimiyyət çox tez iflasa uğrayır”
Aşot Qriqoryana görə, hakimiyyət eyforiya vəziyyətindədir və ən kiçik etiraza belə dözümsüz yanaşır, öz ünvanına qarşı səslənən obyektiv tənqidi belə qəbul etmir: “Belə vəziyyətdə davam edən hakimiyyət çox tez iflasa uğrayır və hakimiyyətə elə insanlar gəlməlidir ki, onlar həqiqətən də nəyi isə etməyi bacarırlar”.
Beləliklə, Ermənistanın yeni hakimiyyətinin mövcud vəziyyəti artıq ziyalılar zümrəsi tərəfindən sərt şəkildə tənqidlərə, etirazlara məruz qalmaqdadır. Bu isə əslində Paşinyan hökumətinin həqiqətən də siyasi, sosial, iqtisadi və s. sahələri bürüyən böhrandan çıxa bilməməsi ilə əlaqələndirilir. Hər halda, baş verənlər gerçəkliyi əks etdirir və Nikol Paşoinyanın avqustun 17-ə təyin elədiyi ümumxalq mitinqi onun zərərinə işləyə bilər. Çünki həmin mitinqdə ona suallar da ünvanlana və o da həmin sualları cavabsız qoya bilər. Nəticə etibarı ilə həm də belə qənaətə gəlmək olar ki, Paşinyan nəninki hakimiyyətini, eləcə də Ermənistanı itirmək üzrədir.
Şərhlər