“Salam, Rob" - Vaxtilə bu sözlərə görə Ermənistanda adam öldürürmüşlər

16.08.2018 15:30     Dünyadan reaksiya     909

Xəbər verildiyi kimi, srağagün İrəvan apelyasiya məhkəməsi tərəfindən haqqında verilən həbs qətimkan tədbiri dəyişdirilərək azadlığa buraxılan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın mətbuat konfransı keçirmək niyyəti baş tutmayıb.

Bir qrup aksiyaçı konfrans zalına girərək Köçəryanın tədbirinin baş tutmasına mane olublar.

Köçəryanın ofisi isə yaydığı rəsmi bəyanatda bunu insan hüquqlarının pozulması, hətta düşüncə azadlığına qarşı terror adlandırıb.

Ermənistan mediası isə Köçəryanın “ifadə azadlığı”, “media hüquqları”na etdiyi “hörmətləri” bir-bir onun yadına salır. Bundan başqa, keçmiş prezidentin siyasi rəqibləri ilə də hansı yollarla haqq-hesab çürütdüyü göz önünə gətirilir. Bunların içində 1999-cu ildə parlamentin gülləbaran edilməsi, parlament sədrinin, nazirlərin, deputatların, baş prokurorun öldürülməsi, dinc nümayişlərdə insanların üzərinə atəş açılması kimi hər cür hadisə var.

Картинки по запросу кочарян 1999 27 oktyabr

Erməni mediası Köçəryanla bağlı maraqlı bir hadisəni də xatırladıb.

2001-ci ildə Gürcüstanın Cavaxetiya bölgəsindən Poqos Poqosyan adlı bir erməni İrəvana gəlir. Sentyabrın 25-də o, “Parus” kafesinə dostları ilə birlikdə yeyib-içməyə gedir. Bu zaman restorana Robert Köçəryan da təşrif buyurur. Onu görən kimi, ehtimal ki, içkinin təsiri ilə bir qədər “qızışmış” Poqos ayağa qalxıb “Salam, Rob”,- deyə qışqırır.

Elə bu sözü eşidən kimi keçmiş prezidentin cangüdənləri onun üzərinə cumaraq ölənə qədər əzişdirirlər. Qətldən cəmi bir neçə gün sonra heç bir şey olmamış kimi mətbuata danışan Köçəryan belə deyir: “Əgər Poqosyan sağ olsaydı, onun deməyə sözü olardı”.

Hadisəyə görə Köçəryanın cangüdənlərondən, “Kuku” ləqəbli Ağamal Arutunyan cəmi iki illiyə, özü də şərti olaraq azadlıqdan məhrum edilir. Yəni Köçəryan ətrafını qorumağı da bacarır.

Erməni mətbuatının qeyd etdiyi kimi, 1999-cu ilin oktyabrın 27-dəki (parlamentin güllələnməsi) hadisədən sonra həmin vaxt “Parus” kafesində iştirak edənlərdən heç kim baş verən cinayət barədə danşmağa cürət edə bilməzdi. Onlar Köçəryanın qisasçılığından qorxublar. Yalnız Mark Qriqoryan aldı jurnalist məsələ ilə əlaqədar bir şeylər danışmaq istəyib. Daha sonra isə həyatına edilən sui-qəsd cəhdindən (daha doğrusu, qorxutma aksiyasından) sonra o da Ermənistanı ümumiyyətlə tərk etməli olub.

Elə buna görədir ki, Köçəryanın mətbuat konfransını pozan adamların açdığı plakatda da eyni cümlə yazılıb: "Salam, Rob”....(Musavat.com)

Картинки по запросу press konferentsiya kocharyana sorvana

Reaksiya.az

Şərhlər