“Əgər Qərbin yanında olmaq istəyirsənsə, onda Qərbdən kömək istə” - Rusiyadan Paşinyana ultimatum

16.08.2018 16:54     Dünyadan reaksiya     900

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq NATO və ABŞ-la çox sıx əməkdaşlıq edir.

Avropa.info xəbər verir ki, bunu MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev deyib. Onun fikirincə, Ermənistanın ikili oyunu rəsmi İrəvan üçün ağır nəticələnə bilər.

“Zamanında Serj Sərkisyan iki stulda oturmağa cəhd etdi. Nikol Paşinyan isə faktiki olaraq Qərblə əməkdaşlığını aktivləşdirib. Ermənistan Avraisya İqtisadi ittifaqının üzvü olaraq Avropa İttifaqı ilə ciddi əhəmiyyət daşımasa da hansısa saziş imzalayır”- direktor müavini bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfirliyi Cənubi Qafqazda ən böyük səfirliyi hesab olunur.

“ABŞ-ın İrəvandakı səfirliyi ərazisində iki min əsgər yerləşə bilər”.

Yevseyev deyib ki, Ermənistan komplementar siyasət çərçivəsində beynəlxalq aləmdə siyasətini dəyişməyə çalışır.
“Serj Sərkisyan dövründə Ermənistanın Rusiyaya yönəlik siyasət vektoru Qərbə meylləndi. Paşinyan isə Qərbin stulunda əyləşmək istəyir. Buna baxmayaraq Paşinyan Rusiyadan ucuz təbii qaz və güzəştlərlə silah və sair almaq istəyir. Həmçinin, Rusiyadan Ermənistanın müdafiəsini, Türkiyədən qorunmasının təmin olunmasını istəyir. Əgər Ermənistan Qərbin yanında olmaq istəyirsə, onda Dağlıq Qarabağda bizdən deyil, Qərbdən kömək istəsin. Qoy o zaman Qərb Ermənistanı NATO üzvü olan Türkiyədən qorusun” – rus politoloq belə deyib.

Reaksiya.az

Şərhlər