Köçəryan erməni müxalifətinin yeni liderinə çevrilir?
17.08.2018 16:02 Dünyadan reaksiya 850
Robert Köçəryanın həbsi və daha sonra Apellyasiya məhkəməsi tərəfindən azadlığa buraxılması onu Ermənistanda siyasi gündəmin əsas fiquruna çevirib.
Ermənistanda Köçəryanın 2-ci dəfə siyasətə geri dönüşü barədə danışanlarınn sayı artıb. Bundan başqa, həm indiki hakimiyyət, həm də onu müdafiə edən media içində açıq-aşkar Qarabağ canisi ilə bağlı xof sezilir.
“Beynəlxalq məsələlər və təhlükəsizlik institutu”nun direktoru Stepan Səfəryanın fikrincə, Köçəryan üçün yenidən komanda yığıb geri dönmək böyük risk sayılır.
“Onun çoxlu pulu var, lakin ətrafı bu pullardan lazımınca istifadə etməyə imkan vermir,- Səfəryan qeyd edir.
Erməni siyasi ekspertin fikrincə, azadlığa çıxmaq Köçəryanı ölkəni tərk etmək üçün lazımdır: “O, ictimai rəyin əleyhinə olduğunu görür və zamanın əbədi olaraq onun üçün uçduğunu başa düşür. Bu cəmiyyət çox dəyişib və artıq insanlar onun “qəhrəmanlıqları” barədə hekayələrindən beziblər. O, daha çox işi buraxıb, Ermənistandan oğurladığı pulları götürüb getməyi düşünür”.
Səfəryan Köçəryanı azad edən hakimlərlə bağlı təhqiqat aparılmasının zəruri olduğunu deyir. “Əgər onlar hansısa mütəşəkkil cinayətkar qrupun üzvüdürsə, haqlarında cinayət işi açılmalıdır”,- Səfəryan deyib.
Politoloq Qagik Qambaryan Köçəryanın Paşinyanın əleyhdarlarını toplaşa biləcək qüvvə olaraq görür. O, Robert Köçəryanın azadlığa buraxılmasını indiki iqtidara ikiqat zərbə vurduğu düşüncəsindədir.
“Bununla Paşinyana xarici siyasət məsələsində ehtiyatlı olmaq barədə siqnal verilib. Mən Köçəryanın xarici güclərin, konkret olaraq isə, Rusiyanın təsiri ilə azad edildiyi fikrindəyəm”,- Qambaryan bildirir.
Qambaryan Rusiyanın Ermənistandakı vəziyyəti çox gözəl bildiyini və buna görə də Moskva ilə açıq konfrontasiyaya getməyin gələcəkdə böyük problemlər yaradacağı barədə xəbərdarlıq edib.
Politoloq Mikael Zolyan Köçəryanın əsas hədəfinin yenidən köhnə hakimiyyətə mənsub qüvvələrin mobil qüvvəsinə çevrilmək ehtimalını istisna etmir.
O Köçəryanın Ermənistanda ən nifrət olunan insanların başında gəldiyini bildirsə də, burada müəyyən nüansların olduğunu söyləyir:
“Köçəryanın əlində həm maliyyə nöqteyi nəzərindən, həm kadr potensialı baxımından, həm də biznes çevrələrində böyük resurs var. Bu gün dövlət mexanizmində oturanların və nüfuzlu biznesmenlərin bir çoxu onun sayəsində olduqları yerlərdədir. Məhz onlar Paşinyan iqtidarının büdrəməsini və dərhal zərbə endirməyi gözləyirlər.
İkincisi isə Köçəryanın özünü hər yerdə Moskvanın adamı olaraq təqdim etməsidir. Doğrudur, Serj Sərkisyan da Moskvapərəst siyasət yürüdürdü. Lakin onu Kremldə ciddi qəbul etmirdilər. Köçəryan isə bir növ onların “özününkü” sayılırdı. Moskvanın indiki anda Köçəryanı geri qaytarmaq üçün addımlar atacağını güman etməsəm də, bu faktordan onun tərəfdarları manipulyativ məqsədlərlə istifadə edə bilərlər".
Şərhlər