Angela Merkel: “Avropa İttifaqı və NATO Rusiyanın düşməni deyillər”

24.08.2018 13:32     Dünyadan reaksiya     1021

Avropa İttifaqı və NATO Rusiyanın düşməni deyillər.

Bu barədə Almaniya Kansleri Angela Merkel Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşündə deyib.

Kansler Rusiyanın dünyada mühüm ölkə olduğunu bildirib:

"Almaniya Rusiya ilə yaxşı münasibətlərə malik olmağı arzulayır. Avropa və Rusiya yaxşı əməkdaşlıq edirlər. Xüsusilə qeyd etmək istərdim ki, Avropa İttifaqı və NATO Rusiyanın düşməni deyillər".

Qeyd edək ki, A.Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gələcəyi gözlənilir.

Reaksiya.az

Şərhlər