Ermənistana qarşı 150 milyon dollarlıq iddia qaldırıldı

31.08.2018 12:35     Dünyadan reaksiya     1060

İran-Ermənistan dəmir yolu tikintisinin podratçısı İrəvanı pul ödəmək üstündə məhkəməyə verib

Yaxın günlərdə Ermənistan 150 milyon dollarlıq məhkəmə iddiası ilə üzləşə bilər.

Erməni mediasının verdiyi xəbərə görə, BƏƏ mənşəli “Rasia FZE” şirkəti İnvestisiya mübahisələrinin nizamlanması üzrə beynəlxalq məhkəməyə (ICSID) iddia ərizəsi ilə müraciət edərək İran-Ermənistan arasında dəmir yolunun tikintisi layihəsindən Ermənistanın üzərinə düşdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib.

Rasia FZE şirkətinin və onun direktoru Cozef Barakovskinin birgə imzaladığı ərizə avqustun 3-də qeydiyyata alınıb. Şirkətin hüquqları Böyük Britaniyanın "Shearman & Sterling" şirkəti tərəfidən təmsil ediləcək.

İddia ərizəsində göstərilib ki, “Ermənistan cənub dəmir yolu” proqramına əsasən Ermənistanın Sünik, Vayots Dzor və Geqarknik vilayətlərindən keçməklə 304 km-lik dəmir yolu çəkilməliymiş. Yolun təxminən üçdə bir hissəsi, daha doğrusu, 102,4 kilometri 60 tunellərdən keçməsi nəzərdə tutulub. Layihədə bunun üçün 27 stansiyanın, ümumi uzunluğu 19,6 km olan 84 körpünün inşası da yer alıb.

Картинки по запросу Rasia FZE

Bu proqram 2016-cı ildə işlə salınmalı, 2022-ci ldə isə dəmir yolu istismara verilməliymiş. Dəmir yolun hər kilometri 10,5 milyon dollar xərc tutmalı idi.

2012-ci ildə Ermənistan nəqliyyat naziri Qagik Beglaryanla “Rasia FZE” şirkətinin direktoru Cozef Barakovski arasında imzalanan sazişə görə Ermənistan cənub dəmir yolunun layihələndirilməsi, tikinti və istismarı isə adı çəkilən “Rasia” şirkəti tərəfindən həyata keçirilməliymiş.

Картинки по запросу Rasia FZE

Lakin Ermənistan tərəfi ümumiyyətlə bəhs olunan dəmir yolunun tikilməsi ilə bağlı barmağını belə tərpətməyib. Üstəlik, 2017-ci ildə saziş etibarsız sayılaraq birtərəfli qaydada ləğv edilib.

İşin maraqı tərəfi budur ki, bu cür irimiqyaslı bir layihəni həyata keçirməli olan “Rasia FZE” şirkətinin özü Dubayda qeydiyyatda olan offşor şirkətidir. Şirkətin özünün Ermənistanda heç ofisi də yoxdur.

Press conference of Rasia FZE investment firm Chairman Joseph Borkowski

Cozef Barkovski

Ermənistan mediası həmin vaxtlarda bu faktın hökumətə çox yaxşı məlum olduğu halda hansı səbəblərdən bu sazişin imzalandığıyla maraqlanıb. Erməni ekspertlərinin fikrincə, bu Serj Sərkisyanın 2008-ci ildə İran-Ermənistan arasında dəmir yolu xəttini çəkiləcəyi barədə sözlərinin doğru olduğunu göstərmək üçün, daha dəqiqi, gözə kül üfürmək məqsədilə imzalanıb.

Erməni mətbuatı bunun ölkəyə qaşrı 3-cü çoxmilyonlu iddia ərizəsi olduğunu qeyd edir.

2007-ci ildə Ermənistanın dağ-mədən sənayesinə sərmayə qoyan “Qlobal qold mayninq”adlı şirkət rəsmi İrəvana qarşı iddia qaldırıb. Həmin ərizədə “Qlobal qold mayninq” Ermənistandan və onun keçmiş ekologiya naziri Vardan Ayvazyandan 37 milyon dollar pul tələb edib. Ərizə beynəxalq məhkəmə tərəfindən təmin olunub.

Ərizədə göstərilib ki, “Qlobal qold mayninq”i törəmə müəssisələrindən biri, Ermənistanın Ankavan mədəninin lisenziyalı istismarçısı olduğu vaxt keçmiş ekologiya naziri Vardan Ayvazyan tərəfindən ciddi təqiblərə məruz qalıb, nəticədə mədən üzərində nəzarəti itirib.

Vardan Ayvazyan

İkinci ərizə elə diasporan biznesmeni sayılan, Edmon Xudyan tərəfindən verilib. “Arin Kapital” şirkətinin təsisçisi olan Edmon Xudyan Ermənistanda yerli biznesmen Vladislav Manqasaryan tərəfindən qarət olunaraq iflas həddinə çatdırılıdığını qeyd edib. Iddia ərizəsini sahibi, Vladislav Manqasaryanın Serj Sərksiyanın qardaşı Levonla əlbir olaraq onun 8 milyon 500 min dollarını soyduğunu bidirib.

Levon Sərkisyan

Ermənilərin qeyd etdiyinə görə, bu cür iddia ərizilərinə dövlət maraqlarını müdafiə etmək üçün dövlət hər saatı 250-520 dollar arası olan vəkillər tutmalı olur. Ermənistan “Rasia FZE” işində artıq beh olaraq həmin vəkillərin hesabına 60 min dollar pul köçürüb.(musavat)

Reaksiya.az

Şərhlər