Macarıstan və İtaliya Fransaya qarşı birləşir

31.08.2018 12:58     Dünyadan reaksiya     1084

Bu günlərdə Avropa Birliyi ölkələri arasında liderlərin açıq şəkildə bir-birləri ilə atışması siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Xüsusilə sağ-millətçilərə sol görüşlü siyasi rəhbərlərin müxtəlif mövzularda açıq toqquşması adi hal alıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Macarıstan baş naziri Viktor Orban və İtaliyanın daxili işlər naziri Matteo Salvini bir araya gələrək Avropa parlamentinə keçiriləcək seçkilərdə güclərini birləşdirəcəklərini bəyan ediblər

Fransa prezidenti Emmanuel Makron isə özünü sağçıların yeni düşməni elan edib.

Avqustun 29-da Danimarkada jurnalistlər qarşısında çıxış edən Makron deyib: “Mən millətçilər və nifrət aşılayanlar qaşrısında geri çəkilməyəcəm. Əgər onlar məni düşmən olaraq görürlərsə, bu mənada haqlıdırlar”.

Salvini isə Fransa prezidentinə ölkəsindəki reytinqini xatırladıb və Makronun baş düşmənin elə fransız xalqının özü olduğunu deyib. Bundan başqa Salvini Fransa liderini Parisin iqtisadi mənfəətləri naminə digər ölkələrdə qarmaqarışıqlıq salmaqda günahlandırıb.

Картинки по запросу macron salvini

İki siyasi lider arasında dava-dalaş hələ bu ilin iyununda başlayıb. Həmin ay İspaniyada çıxış edən Makron İtaliyanın miqrasiya böhranını qəsdən şişirtməkdə ittiham etmişdi. Onun fikrincə, bu problemdən sağ ekstremistlər əhali arasında qorxu saçmaqla xal qazanmaq üçün istifadə edirlər.

Salvini isə cavabında Fransa prezidentini “həyasız” adlandıraraq, onu Parisdə əllərində “kürü və şampan şüşəsi” tutan qaçqınları qarşılamağa çağırıb.

Avropanın radikal sağ mühafizəkar qanadını təmsil edən siyasi rəhbərlərin bu cür birliyi və görüşü "qoca qitə"də xüsusilə narahatlıq doğurub. Liderlərin görüşünə aralarındakı vəzifə fərqi də mane olmayıb.

Formallıq xətrinə həm Orban , həm də Salvini partiya sədrləri kimi bir araya gəldiklərin bəyan ediblər. Salvini İtaliyanın sağ millətçi “Liqa”, Orban isə “Fides” partiyasını təmsil edir.

Lakin görüşdən sonra qəbul olunan bəyanatlar həmin ölkələrin hökumətlərinin rəsmi saytlarında yerləşdirilib.

Mətbuat konfransında onların hər iksinin hədəfində Markon olub.Macarıstan baş naziri Orban Fransa prezidentini Avropaya gələn qeyri-leqal miqrasiyanın əsas ilhamverici qüvvəsi adlandırıb.

Картинки по запросу orban salvini macron

İtaliyalı nazir isə Makrona “ikiüzlü “deyib və “həmişə Avropa əməkdaşlığndan dəm vuran Makronu Romanın yardım çağırışlarına məhəl qoymadığını” söyləyib.

Lakin iki sağçı liderin görüşünün əsas nəticəsi onların qarşıdan gələn seçkilərdə qüvvələrini birləşdirmək haqqında qərarı olub. Onlar bu ittifaqı “Yeni Avropa” deyə səciyyələndiriblər.

“Bizim Avropa iş, həyat, sağlamlıq və təhlükəsizliyə əsaslanacaq. Maliyyəçilərin diktaturasına və miqrantlara dur deməyin vaxtıdır”, - Salvini bəyan edib.

Reaksiya.az

Şərhlər