Ərdoğandan ZİRVƏ görüşündə önəmli DOLLAR MESAJI

03.09.2018 12:11     Dünyadan reaksiya     838

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində çıxışı zamanı beynəlxalq ticarətdə dolları milli valyuta ilə əvəz etməyi təklif edib.

Ərdoğan bununla beynəlxalq ticarətdə dollardan asılılığı azaltmağa nail olunacağına ümidvar olduğunu qeyd edib: "Ticarətin milli valyutamızla aparılması ən yaxşı variantdır. Bu istiqamətdə intensivliyi artırmağı təklif edirik. Beynəlxalq ticarətin dollardan asılılığı artıq qarşımıza bir neçə maneə çıxarıb. Son dövrdə beynəlxalq təcrübə, prinsip, qaydaların kobud şəkildə pozulduğunu təəssüf hissi ilə bildirmək istəyirəm".

Prezident Ərdoğan çıxışı zamanı FETÖ təşkilatına dair də açıqlama verib.

O bu təşkilatın dünyanın dörd bir yanında təhsil müəssisələrini ələ keçirərək bu istiqamətdən qeyri-leqal fəaliyyətlərini davam etdirdiyini diqqətə çatdırıb: "Bu təşkilat bir zamanlar Türkiyədə olduğu kimi dünyanın dörd bir yanında təhsil müəssisələri üzərindən təşkilatlanıb. Yaşadıqlarımız bizə, eləcə də bütün ölkələrə FETÖ təşkilatına qarşı mübarizə aparılması gərəkdiyini sübut etmişdir".(publika)

Reaksiya.az

Şərhlər