Gizli plan ortaya çıxdı: ABŞ ərəb dövlətlərini vahid konfederasiyada birləşdirmək istəyir

03.09.2018 12:18     Dünyadan reaksiya     903

Mahmud Abbas: "Mən bu təklifi o şərtlə qəbul edərəm ki, İsrail də həmin konfederasiyanın bir parçası olsun"

Rəsmi Vaşinqton İsrail ilə Fələstin arasındakı problemləri həll etmək üçün Fələstinə İordaniya ilə birgə konfederasiya yaratmağı təklif edib. u barədə Fələstin dövlətinin başçısı Mahmud Abbas açıqlama verib.

"Ağ Evdən mənə İordaniya ilə Fələstinin konfederasiya şəklində birləşməsi və bu yöndə sülh planı təklif edildi. Amma mən bu təklifi o şərtlə qəbul edərəm ki, İsrail də həmin konfederasiyanın bir parçası olsun" — deyə M.Abbas bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bölgədə yenidən qarşıdurmalar baş verib və yüzlərlə fələstinli həyatını itirib. BMT tərəfləri təmkinli olmağa çağırıb və mümkün bir münaqişənin fəlakətə yol aça biləcəyi barədə xəbərdarlıq edib.(sputnik)

Reaksiya.az



 

Şərhlər