Rusiya hərbçiləri Ermənistanda təlim keçirirlər

05.09.2018 12:30     Dünyadan reaksiya     922

İkitərəfli bölük təlimləri çərçivəsində Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilən 2 mindən çox hərbçisinin döyüş hazırlıq vəziyyəti yoxlanılır.

Bunu Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib.

Bildirilib ki, təlimlər bir həftə ərzində Rusiyanın Ermənistandakı Kəmxud və Alagəz poliqonlarında keçirilir. Təlimdə motoatıcı, tank, artilleriya, zenit-raket, kəşfiyya mühəndis və rabitə bölükləri iştirak edir.

Təlimə 2 mindən çox hərbçi, 400-ə yaxın avtomobil, zirehli texnika, o cümlədən “MiQ-29” qırıcı, “Mi-24P” və “Mi-8MTV” helikopterləri, pilotsuz uçan komplekslər cəlb edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar