Rusiyalı biznesmenlər Moskvada Nikol Paşinyanla sərt danışıb - “Joxovurd”

11.09.2018 14:34     Dünyadan reaksiya     1038

Düşmən qonşunun “Joxovurd” qəzetinin verdiyi məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyanın Moskvada erməni əsilli iş adamları ilə görüşü mətbuatda yazıldığı kimi mülayim və xoş havada keçməyib.

Görüşdə əsasən əvvəlki iqtidara bağlı olan və onların dövründə özlərini olduqca komfortda hiss edən biznesmenlər iştirak ediblər.

Müşahidəçilərin dediyinə görə, həmin iş adamlarının bir çoxu görüşün ortasındaca çıxıb gediblər.

Onlardan bir neçəsi baş nazirlə söhbət zamanı Ermənistana bir daha sərmayə qoymayacaqları ilə təhdid ediblər. Həmin iş adamları yeni iqtidarın özləri üçün başağrısı gətirdiyini və bu səbəbdən, həmçinin dəmir barmaqlıqlar arxasına düşmək qorxusu ilə investisiya qoymaq həvəslərindən vaz keçdiklərini bildiriblər.

Xüsusilə “Troyka dialoq” investisiya şirkətinin rəhbəri, məşhur erməni bizsnesmeni və xeyriyyəçisi Ruben Vardanyan Paşinyanla olduqca aqressiv dildə danışıb. Vardanyan “yeni hakimiyyətin onun ayağını tapdaladığını” söyləyib.

Картинки по запросу пашинян ruben vardanyan

Paşinyan iqtidarının Ruben Vardanyanın rəhbərlik etdiyi “Strateji təşəbbüslər mərkəzi”ni bağlamasını erməni biznesmen bağışlaya bilmir.

Reaksiya.az

Şərhlər