Terrorçunun kimliyi bəlli olub
10.08.2015 18:16 Dünyadan reaksiya 1360
Sarıyer İstinyə-də ABŞ Konsulluğuna təşkil olunan silahlı hücumda yaralı olaraq ələ keçirilən qadın terrorçunun 51 yaşlı Xədicə A. olduğu öyrənilib.
Konsulluq yaxınlığında bir mənzilin zirzəmisində gizlənən qadın terrorçunun ətrafı polislər tərəfindən mühasirəyə alınıb.
Polislərdən biri terrorçuyla üz-üzə gəlib və o anlar kameraya anbaan qeyd edilib.
Terrorçunun 51 yaşında Xədicə A. olduğu müəyyənləşdirilib. DHKP-C üzvü Xədicə A-nın 33 gün əvvəl həbsdən azad olduğu ortaya çıxıb.
Şərhlər