Mettisdən bu ölkəyə açıq dəstək: Rusiyadan qoruyuruq

17.09.2018 12:38     Dünyadan reaksiya     1016

ABŞ Müdafiə naziri Ceyms Mettis Makedoniyaya səfər edib.

Mettis jurnalistlərə açıqlamasında səfərində əsas məqsədin Makedoniyada NATO tərəfdarlarını dəstəkləmək olduğunu bildirib.

“Biz istəmirik ki, Rusiya burada əvvəllər başqa ölkələrdə etdiklərini təkrarlasın. Bizim səfərdə əsas məqsədimiz makedoniyalılara ABŞ və Avropa Birliyinin onların NATO-ya üzvlük istəklərini dəstəklədiyimizi göstərməkdir”, – deyə o söyləyib.

Qeyd edək ki, bu, ABŞ müdafiə nazirinin son 14 il ərzində Makedoniyaya ilk səfəridir.

Reaksiya.az

Şərhlər