ABŞ-dan cavab: S-300-ləri iflic edəcək qırıcılar göndərir

09.10.2018 12:55     Dünyadan reaksiya     899

Rusiyanın Suriyaya verdiyi S-300 hava hücumundan müdafiə sistemləri İsrail və ABŞ-da təşvişə səbəb olub.

Bu barədə “Drive” nəşri yazıb.

Məlumata görə, Rusiyanın bu addımına cavab olaraq ABŞ Suriyadakı hərbi əməliyyatlarda beşinci nəsil F-22 Raptor qırıcılarından istifadə edəcək.

Bu qırıcıların S-300-lər tərəfindən vurula bilməyəcəyi iddia edilib. Radarlardan gizlənməklə hava hücumundan müdafiə sistemlərinin işini iflic edən bu qırıcılar daha sonra koordinatları bombardmançı təyyarələrinə ötürməklə ölümcül zərbə vurulması üçün imkan yaradır.

Məsələni şərh edən rus ekspertlər isə havadan casusluq fəaliyyəti üçün ən ideal texnika hesab olunan F-22-lərin də tamamilə təhlükədən kənar olmadığını bildirib. Rusiyalı professor Sergey Sudakovun sözlərinə görə, bu tip təyyarələr gizliliyini bir müddət qorusa da, elektron müqavimət sistemini işə saldığı anda radarlar tərəfindən ifşa olunur. HHM-in sürətli yerdəyişməsi isə düşmən hücumunun qarşısını almağa imkan yaradır.

Reaksiya.az

Şərhlər