Suriyada azı 200 İŞİD silahlısı məhv edilib

11.08.2015 00:49     Dünyadan reaksiya     1550

Suriya ordusu Hələb şəhəri yaxınlığındakı “Kuveyris” hərbi-hava bazasına hücuma keçən İŞİD terror qruplaşmasının 200-dən çox silahlısını məhv edib.

 

Reaksiya.az-ın xəbərinə görə, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.  

 

“Aerodromun müdafiəçiləri hücumu dəf edərək ön müdafiə xəttini möhkəmləndirməyə müvəffəq olublar. Biz düşmənin 5 tankını vurduq. Hücum edənlərin bir qismi əsir götürüldü, əksəriyyəti xarici muzdlu olan 200-dən çox silahlı öldürüldü”, deyə mənbə bildirib.

 

Mənbənin sözlərinə görə, mühasirədə olan “Kuveyris” hərbi-hava bazası ilk dəfədir ki bu cür güclü hücuma məruz qalıb.  Terrorçular gecə vaxtı hücuma keçib. Qızğın döyüş zamanı bir general və iki yüksək rütbəli zabit daxil olmaqla 100-dək suriyalı hərbçi həlak olub.   

 

Şərhlər

Çox oxunanlar