"Jamanak": Paşinyan Suriya qərarı ilə Rusiyanın tələsinə düşdü

09.10.2018 13:18     Dünyadan reaksiya     1021

"Nikol Paşinyan yeni hökumətin anti-Rusiya meyilliyi şübhələrini və ya ittihamlarını dağıtmaq üçün bu təklifə razı oldu. Ancaq bununla da Rusiya hakimiyyətinin gərginləşdirdiyi tələyə düşdü".

"Jamanak" nəşri Ermənistanın baş naziri Nikol Paşinyanın Suriyaya 100 nəfərdən ibarət heyət göndərməsi ilə bağlı qərarının yanlış oluğunu bildirməklə yanaşı, məsələ ilə bağlı bir sıra detalları açıb. 


Nəşrin məlumatına görə, Rusiya tərəfindən Suriyada birgə humanitar fəaliyyət göstərmək üçün Ermənistana hələ 2015-ci ildə təklif edilib. Ancaq sabiq erməni prezident Serj Sarkisyan, bunun Suriyadakı erməni icmasının təhlükəsizliyinə təhdid olduğunu əsas gətirərək təkilifdən imtina edib. 

"Ermənistan tərəfi təklif edirdi ki, həmin humanitar fəaliyyət erməni bayrağı altında Rusiya komandanlığı altında yox, heç olmasa KTMT rəhbərliyi altında həyata keçirilsin. Ancaq MDB-nin digər dövlətləri bunun qəti əleyhinə idilər. 

Nikol Paşinyan isə yeni hökumətin anti-Rusiya meyilliyi şübhələrini və ya ittihamlarını dağıtmaq üçün bu təklifə razı oldu. Ancaq bununlada Rusiya hakimiyyətinin gərginləşdirdiyi tələyə düşdü. İndi isə Ermənistan hökümətinin ABŞ tərəfi ilə problemləri yaranıb. Suriyaya göndəriləcək istehkamçılar, ABŞ maliyyəsi hesabına və mütəxəssisləri tərəfindən hazırlanıb. 

İndi belə çıxır ki, Suriyaya yola düşən erməni nümayəndə heyəti ABŞ tərəfindən rəhbərlik edilən koalisiya qüvvələrinə qarşı tədbirlərdə, Əsəd rejiminə qarşı qoyulan minaları zərərsizləşdirməklə, rejimin dagıdılması üçün mübarizə aparan ABŞ tərəfinin səylərinin iflasa uğramasında iştirak edəcəklər", - deyə nəşr yazıb.
 

Şərhlər