Ər və arvad birləşib 20 qadını öldürdülər - Dəhşət
10.10.2018 15:40 Dünyadan reaksiya 871
Bu günlərdə Meksikada keçirilən məhkəmədə cinayətkarların əməlləri cəmiyyəti şoka salıb. Meksika polisi ər və arvadın öz qurbanlarını hissələrə parçalayıb uşaq arabasında apararkən yaxalayıb.
İlk məhkəmə araşdırmasında kişi 20 qadını qətlə yetirməyini etiraf edib.O həm də etiraf edib ki, öldürməzdən əvvəl bəzi qadınları zorlayıb.
Müstəntiqlər onların evində axtarış apararkən mənzildə bir neçə insanın hissələrə parçalanmış bədənlərini aşkar ediblər.
Prokurorluq məlumat yayıb ki, cütlük öldürülənlərin daxili orqanlarını satmaqla məşğul olub, kimə satdıqları hələ məlum deyil.
Ər Xuan Karlos və arvadı Patrisiyanın əvvəllər psixi xəstəlikləri olduğu da aşkar edilib. Buna baxmayaraq onlar anlaqlıdırlar və nə etdiklərini bilirlər.
Şərhlər