Partiya liderləri görüşdü

11.08.2015 02:54     Dünyadan reaksiya     1624

Türkiyənin baş naziri Əhməd Davudoğlu və CHP lideri Kamal Kılıçdaroğlunun yerli vaxtla saat 18:00-da başlayan görüşü sona çatıb. 

 
Reaksiya.az-ın məlumatına görə görüş 4 saat 20 dəqiqə davam edib. Koalisiya danışıqları aparan tərəflər yekun nəticə üçün növbəti dəfə bir araya gələcəklər.  
 
Görüşdən sonra CHP başqanının müavini Haluk Koç və mədəniyyət naziri Ömər Çelik açıqlama verib. Bildirilib ki, iki lider cümə günü yenidən bir araya gələcək və nəticə həmin görüşdə məlum olacaq.
 
Görüşdə  AKP-dən  Ömər Çelik və CHP-dən Haluk Koç da iştirak edib.
 
Görüşlə bağlı ilk açıqlama CHP-dən gəlib. Media qarşısına çıxan  Haluk Koç  AKP ilə CHP arasında fikir ayrılıqlarının olmasına baxmayaraq, ölkənin gələcəyinin bu fikir ayrılıqlarından üstün olduğunu deyib.
 
"Partiya rəhbərləri keçirilən bu görüşü dəyərləndirərək, təkrar bir araya gələcəklər."
 
AKP-dən media qarşısına çıxan Ömər Çelik isə partiya sədrlərinin Türkiyəni hökumətsiz buraxmamaq üçün çeşidli variantları müzakirə etdiklərini deyib. Çelik iki partiya arasında dünyagörüş, düşüncə tərzi fərqlərinin olduğunu gizlətməyib.
 
"Partiya sədrləri ya çərşənbə, ya da cümə günü bir araya gələcəklər. Koalisyon olacaqmı, olmayacaqmı həmin tarixdə bəlli olacaq.
 

 

 

Şərhlər

Çox oxunanlar