AŞPA-dan şok qərar: İslamın siyasi genişlənməsi qadağan edildi
11.10.2018 13:22 Dünyadan reaksiya 908
Türkiyə nümayəndə heyəti İslamın hədəf alınmasına etirazını bildirib
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropada İslam dininin yayılması üçün xarici ölkələr tərəfindən maliyyələşməni qadağan edən qanun layihələri səsverməyə çıxarılıb.
AŞPA-da Avropada İslamın xarici ölkələr tərəfindən maliyyələşdirilməsi vasitəsilə milli siyasi genişlənməsinin qarşısının alınmasına yönəlik qərar qəbul edilib.
Səsvermə öncəsi Azərbaycan və Türkiyə nümayəndə heyəti İslamın hədəf alınmasına etirazını bildirib və İslam düşmənçiliyi ilə bağlı xəbərdarlıq edib. Layihə 115 nəfər lehinə, 10 əleyhinə və 5 bitərəf qalmaqla qəbul edilib.(sputnik)
Şərhlər