Saatlar sonra parlament buraxılacaq, baş nazir istefa verəcək - İrəvanda ÇAXNAŞMA
16.10.2018 13:43 Dünyadan reaksiya 950
Bir neçə saat sonra Ermənistan parlamenti buraxılacaq.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərini sentyabrın 9-na təyin edib.
Prosedura görə, parlament buraxılandan 15 gün sonra baş nazir istefa verməli, daha sonra təxminən 30 gün sonra yeni seçkilər keçirilməlidir.
Yeni seçkilərlə Paşinyan parlamentdə müxalifətin əlindəki çoxluğu almaq planını qurub.
Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, iki saat sonra Ermənistan üçün yeni dövr başlaya bilər.
“Lakin İrəvanda siyasi çaxnaşma, qarşıdurma və gərginlik səngimək bilmir. Paşinyan indiyə qədər yaxşı gəlib, amma onun rəqibləri bundan sonrakı dövrdə daha sərt mövqe sərgiləyə bilərlər. Hər şey yaxın aylarda məlum olacaq”, - deyə o bildirib..(publika)
Şərhlər